Rayonun Güloğlular kəndi ərazisində İradə Məmmədovaya məxsus evə naməlum şəxs və ya şəxslər daxil olaraq mənzildən 1200 manat pul aparıblar. Hadisə zamanı ev sahibi mənzildə olmayıb. Oğurluq edən şəxs və ya şəxslər evdən çıxdıqdan sonra mənzilə od vurublar. Yanğın zamanı evin bəzi əşyaları yanıb.
Polis hadisə ilə bağlı əməliyyat axtarış tədbirləri həyata keçirir. ( report.az )
İnterpress.az