PKK-ya qarşı savaşda son durum: tarixin ən böyük itkisibackend

PKK-ya qarşı savaşda son durum: tarixin ən böyük itkisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az türk mətbuatına istinadən xəbər verir ki, PKK hədəflərini yerlə yeksan edən Türkiyə hava hücümlarının təşkilata vurduğu zərbənin nəticələri bəlli olmağa başlayıb.

İlk məlumatlara görə, PKK-nın yüksək vəzifəli heyət üzvlərindən 50 terrorçu məhv edilib. PKK-ya qarşı quru əməliyyatının da artıq müzakirəyə çıxarıldığı bildirilir.

Terror təşkilatı PKK-ya qarşı sərhəddə başladılan əməliyyatın 3-cü dalğasından sonra kəşfiyyat qüvvələri PKK-ya vurulan zərərin miqyasını ölçüb.
“3 –cü dalğa” əməliyyatında PKK-nın Şimali İraq və Kandildəki bütün düşərgələri hədəfə alınıb. Zap, Metina, Gara, Avaşin-Basyan, Haftanin, Hakurk və Kandildəki pilotsuz təyyarələr, yerli qaynaqlarla təsbit edilən bütün sığınacaq, anbar və diğər hərbi məntəqə sahələri vurulub.

Ani və ardıcıl bombardman Kandili anı yaxalayıb. Dövlətin zirvəsi əməliyyatları genişləndirməyi qərarı alıb.

Tarixin ən ağır itkisi ola bilər

Buna görə bölgədən gələn ilk dəqiqləşdirilmiş məlumatlara görə, PKK-nın Kandil heyətindən yüzlərlə terrorçu əməliyyatlarda öldürülüb. Bunlardan 50-nin yüksək rütbəli idarəçisi olduğu bildirilir.

Bundan əlavə yüzə yaxın da yaralı olduğu xəbər verilir. Vurulan yerlərin PKK üçün əhəmiyyətli sahələrdır. Əldə edilən məlumatlara görə, əməliyyatların əsas prioriteti Türkiyəyə qarşı hücumlarla bağlı təlimat verən rəhbərlərin qaldığı ərazilərdir. Daha sonra təşkilatın təlim düşərgələri, sığınacaq və anbarları hədəf alınıb.

Quru əməliyyatı müzakirədə

Bu əməliyyatlar PKK-nın ötən günlərdə terror təşkilatı mənsublarına göndərdiyi \”serhildan\” (etiraz) çağırışını da təsirsiz hala gətirib. 22 şəhərdə keçirilən əməliyyatlarda PKK-nın şəhər planlamasına əhəmiyyətli zərbə vurulduğu bildirilir. Sərhəddən kənarda aparılan əməliyyatların mütəmadi olaraq davam edəcəyi, hər hücuma qarşılıq veriləcəyi deyilib. Quru hərəkatının da müzakirə olunduğu toplantıda PKK-nın Türkiyə içindəki təsirini heçə endirmək məqsədiylə qarış-qarış genişmiqyaslı regional əməliyyatların da palnlaşdırıldığı xəbər verilir.

“Xəncər” zərbəsi

Şimali İraqda olan PKK hədəflərinin bombalanmasından sonra “Bordo Bereli” iki tabur də sərhədi keçərək “təmizlik” aparıb. Şimali İraqda sərhədin 30 kilometr içərisinə qədər sızan qrup əvvəldən müəyyən edilən hədəfləri məhv edib. Pilotsuz təyyarələrin də iştirak etdiyi əməliyyata qatılan əsgərlər \”xənçərlər\” adlandırılır. \”Xənçərlər\” bombardmandan sonra yüngül zərər görmüş hədəfləri tamamilə yox edir və bəzən silahlı qarşıdurmaya da girir.

“4-cü dalğa”

Türkiyənin Şimali İraqdakı PKK düşərgələrinə qarşı əməliyyatlar dünən gecə də davam edib. Diyarbəkirdən axşam saat 20.30-da qalxan 3 ədəd F-16 Hakurk düşərgəsini hədəfə alıb. 4-cü dalğa bombardman nəticəsində düşərgə dağıdılıb. Qırıcılar 2 saat sonra mövqelərinə geri dönüb. Düşərgədə neçə terrorçunun öldürüldüyü ya da yaralandığı ilə bağlı hələlik məlumat yoxdur.

İnterpress.az