NATO Türkiyə üçün toplanırbackend

NATO Türkiyə üçün toplanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, NATO-nun qurucu sənədi olan Şimali Atlantika sazişinin 4-cü maddəsinin aktiv edilməsini tələb edən Türkiyənin tələbi ilə üzv ölkələrin daimi nümayəndələri NATO-nun baş katibi Jens Stoltenberqin başçılı ilə sabah toplanacaq.

Stoltenberq bununla bağlı açıqlamada \”Türkiyənin iyrənc terror hücumlarının ardından vəziyyətin ciddiliyini diqqətə alıb\” toplantı tələb etdiyini və toplantıda müttəfiq ölkələri aldığı tədbirlər haqda məlumatlandıracağını ifadə edib: \”NATO müttəfiqləri hadisələri çox yaxından izləyir və Türkiyə ilə həmrəylik nümayiş etdirir”.

Xatırladaq ki, NATO-nun 4-cü maddəsində \”Tərəflərdən hər hansı biri tərəflərdən hər hansı birinin ərazi bütövlüyü, siyasi müstəqilliyi ya da təhlükəsizliyinin təhdid edildiyini düşündüyü zaman, bütün tərəflər birlikdə məsləhətləşmələr keçirirlər\” ifadələrini yer alıb. Məsləhət məqsədli 4-cü maddə ötən illərdə Türkiyə tərəfindən iki dəfə aktiv edilib. Sabahkı yığıncaqdan sonra NATO-nun Türkiyə ilə tam həmrəylik nümayiş etdirdiyini bildirən açıqlama yayılacağı gözlənilir.

İnterpress.az