Sakinlərdən etiraz: Suraxanıda prezidentə verilən vəd unuduldubackend

Sakinlərdən etiraz: Suraxanıda prezidentə verilən vəd unuduldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bununla bağlı icra başçısı İlqar Abbasov, qəsəbə nümayəndəsi Vahid Daniyev, həmçinin bələdiyyəyə müraciət edən sakinlər problemin həllində \”Təmiz dünya\” İctimai Birliyindən də yardım istəyiblər.

Sakinlərin təmsilçisi Zibeydə Cabbarova bildirib ki, 2011-ci ildə ölkə prezidentinin qəsəbəyə gəlişindən əvvəl qəsəbənin girişində və əsas küçələrdə xeyli iş görülüb: \”Cənab prezidentə məlumat verərkən bildirildi ki, qəsəbədə nəzərdə tutulan işlərin ancaq 50 faizi görülüb. qalan 50 faiz də yaxın zamanda həyata keçiriləcək. Ancaq verilən vəd unuduldu və heç bir iş görülmədi. O zaman

Aşağı qəsəbə küçəsinə qədər olan yola bitişik bütün küçələrə asfalt döşəndi. Ancaq gözdən uzaq olan küçələr unuduldu, göstərilən müddət başa çatıb və heç bir iş görülməyib\”.

Prezidentin səfərindən sonra sakinlər məsələ ilə bağlı icra hakimiyyətinə müraciət ediblər. Cavab olaraq bildirilib ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramı çərçivəsində tədbirlər planına uyğun olaraq həmin küçələrdə də işlər həyata keçiriləcək. Ancaq ötən müddət ərzində heç bir iş görülməyib. Sakinlər bildirir ki, hazırda qəsəbənin Aşağı qəsəbə küçəsinə asfalt örtüyünün çəkilməsi, dəmir yolunun yaxınlığındakı zibilliyin ləğv edilməsi və zədəli kanalizasiya borularının dəyişdirilməsi zəruridir.

Yeni Suraxanı qəsəbəsi icra nümayəndəliyinin aparıcı mütəxəssisi Lalə Babayeva isə İnterpress.az-a problemdən xəbərdar olduqlarını bildirib: “Bu problemləri həll etmək üçün vəsait lazımdır, vəsaiti isə hökumət ayırmalıdır. Hazırda həmin işlərin görülməsi üçün vəsait yoxdur, mən özüm də palçıqlı yollarla keçib işə gəlirəm. Həmin sakinlər bizə də müraciət edirlər. Bizdə olan məlumata görə, həmin küçədə işlərin aparılması “2014-2016-cı illər üçün Dövlət Proqramında nəzərdə tutulub”.

Sakinlərdən etiraz: Suraxanıda prezidentə verilən vəd unuduldu

Sakinlərdən etiraz: Suraxanıda prezidentə verilən vəd unuduldu

Sakinlərdən etiraz: Suraxanıda prezidentə verilən vəd unuduldu

Sakinlərdən etiraz: Suraxanıda prezidentə verilən vəd unuduldu

Sakinlərdən etiraz: Suraxanıda prezidentə verilən vəd unuduldu

Sakinlərdən etiraz: Suraxanıda prezidentə verilən vəd unuduldu

Elnarə
İnterpress.az