Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Namizəd Səfərov İnterpress.az-a bildirib ki, yeni üzvlərin qəbul edilməməsi ilə bağlı arqumetlər müxtəlifdir: “Arqumentlər müxtəlifdir. Onları açmağa zərurət bilmirəm. Deyirlər ki, say tərkibi arxasınca qaçmaq niyyətində deyillər”.
Şəxsən özünün yeni üzvlərin qəbuluna müsbət yanaşdığını deyən Namizəd Səfərov Koordinasiya Mərkəzinin iyulun 29-da keçiriləcək növbəti iclasında məsələnin təkrar müzakirəsini istisna etməyib.
Elnarə
İnterpress.az