Qəbul imtahanının nəticələri elan olunubbackend

Qəbul imtahanının nəticələri elan olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abituriyentlər öz imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.

İmtahanda iştirak etmək üçün sənəd vermiş 29 590 (15841 nəfər II qrup üzrə, 13749 nəfər III qrup üzrə) abituriyentdən 971 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 28 619 abituriyentdən 12 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

İmtahanda II ixtisas qrupu üzrə 3, III ixtisas qrupu üzrə isə 3 abituriyent ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə – 700 bal toplayıb.

İxtisas seçimi (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 30-dan avqustun 11-dək aparılacaq.

İnterpress.az