Türkiyə: “Kürd kəndinə atəş açmamışıq”backend

Türkiyə: “Kürd kəndinə atəş açmamışıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpres.az “Frans Press”ə istinadən xəbər verir ki, xəbəri təkzib edən Türkiyə rəsmisi ölkənin Suriyadakı əməliyyatlarının İŞİD-ə və İraqdakı əməliyyatlarının da PKK-ya qarşı olduğunu söyləyib.

İddialar araşdırılacaq

Adının çəkilməsini istəməyən səlahiyyətli İŞİD-ə qarşı döyüşən YPG-nin əməliyyatların hədəfləri arasında yer almadığını, iddiaların araşdırılacağını qeyd etib.

Xatırladaq ki, YPG Türkiyə tanklarının öz idarəçiliklərində olan Zor Mağar kəndini vurduğunu söyləmişdi. Xəbərdə hücum zamanı 4 YPG üzvünün və çox sayda kənd sakininin yaralandığı idiia edilirdi.

YPG Sarrin şəhərini geri alıb

Digər tərəfdən Londondakı Suriya İnsan Haqları Monitorinq Təşkilatı tərəfindən verilən məlumata görə, YPG gücləri Firat çayı kənarında olan Sarrin şəhərini İŞİD-dən azad edib.

İnterpress.az