İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təcili yığıncaq çağırışı 4-cü maddə, yəni qiymətləndirmə çərçivəsində edilib. Ancaq NATO-dan əlavə tələblərinin də olacağı bildirilir. Bunun üçün həm sərhəddəki gərginliklə bağlı məruzələrlə yanaşı, həm də NATO-dan gözləntilərini ehtiva edən ətraflı dosye hazırlandığı deyilir. NATO-nun 28 üzv ölkəsinin qatılacağı yığıncaq səfirlər səviyyəsində olacaq.
Türkiyəni NATO-daki daimi nümayəndəsi Fatih Ceyranın təmsil etməsi gözlənilir. Əldə edilən məlumatlara görə, toplantı yalnız məlumatlandırma məqsədli olmayacaq. Ankara Brüsselə NATO müttəfiqlərindən gözləntilərini də çatdıracağı bir qovluqla gedəcək.
Suriyadakı vətəndaş müharibəsinin Türkiyə sərhəd təhlükəsizliyi üçün təhdid meydana gətirməsi və ittifaqın cənub-şərq sərhədindəki böhranın daha yaxşı idarə olunması üçün 2013-ci ildə NATO-nun gücü daxilində Türkiyənin Kahramanmaraş, Qaziantəp və Adana şəhərlərində Patriot mərmiləri yerləşdirilmişdi.
Mənbələr Ankaranın NATO-ya Türkiyənin hava müdafiə sisteminin gücləndirilməsi tələbini irəli sürəcəklərini ifadə edir. İkinci olaraq da, İŞİD hücumlarına və köç dalğasına istiqamətli Türkiyənin Suriya ilə olan sərhədinin təhlükəsizliyinin artırılması nöqtəsində NATO üzvü ölkələrdən kəşfiyyat köməyi tələb edə bilər.
Sərhəd təhlükəsizliyi tədbirləri çərçivəsində inventarda əksiklər varsa, bunların tamamlanmasını tələb edə bilər. Bu vaxt NATO-nun baş katibi Jens Stoltenberg BBC-yə verdiyi müsahibəsində \”Türkiyə çox güclü bir orduya və çox güclü təhlükəsizlik güclərinə sahibdir. Bu səbəbdən, hər hansı bir hərbi yardım tələbi olmadı\” demişdi.
İnterpress.az