Türkiyə-İran qaz boru xəttində təxribatbackend

Türkiyə-İran qaz boru xəttində təxribat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə-İran təbii qaz boru xəttinin, Türkiyə-İran sərhədinin 15 kilometr içərisində, Ağrı sərhədlərindən keçən hissəsində təxribat törədilib, nəticədə boru xətti bir nöqtədən patladılıb. Bu haqda Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Taner Yıldız tərəfindən verilən yazılı açıqlamada bildirilib. Partlayış nəticəsində yaranan yanğının qısa müddət ərzində söndürüldüyünü açıqlayan nazir, boru xəttinin təmir və bərpasından sonra İrandan təbii qazın alışı yenidən başlayacaqlarını bildirib.

Bir neçə gün əvvəl Cizre-Silopi elektrik ötürmə xəttinə və ardından təbii qaz boru xəttinə edilən təxribat, yalnız dövlətə və ya hökumətə edilən hücumlar olmadığına diqqəti çəkən Yıldız, açıqlamasını bu sözlərlə davam etdirib:
\”Təbii qaz ehtiyacının ödənilən nöqtəsində bütün tədbirlər alınıb, bu mövzuda vətəndaşlarımız və istehsalçılarımız rahat olsunlar. Bu hücumlar, eyni zamanda o bölgədəki vətəndaşlarımızın zərər çəkəsi üçün göstərilmiş səydir. Ancaq bu maneələr boşa çıxacaq. Biz yenə bölgəyə xidmət etməyə davam edəcəyik və bu maneələrə qarşı çıxacağıq.\”

Taner Yıldız son hadisələrdə HDP-ni ikiüzlülükdə ittiham edib.

Alınan məlumata görə, Ağrının Doğubəyazit rayonundan keçən İrandan Türkiyəyə təbii qaz axınını təmin edən boru xəttində partlayış meydana gəldi.
Kiçik Ağrı Dağı ətəklərindəki Həllac kəndi yaxınlığındakı partlayışdan sonra metrlərlə yüksələn alovlar, boru klapanlarının bağlanması ilə söndürülüb.

Təhlükəsizlik gücləri bölgədə araşdırma işlərinə başlayıb.

İnterpress.az