Gəncədə çörək sexi yanıbbackend

Gəncədə çörək sexi yanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə bu gün saat 10.00 radələrində şəhərin Gülüstan qəsəbəsində baş verib.

Hadisə yerinə Gəncə Yanğından Mühafizə İdarəsinin 3, Göygöl yanğından mühafizə hissəsinin 1 avtomobili və xeyli canlı qüvvəsi cəlb edilib. Sexin 300 kvadratmetri yanaraq yararsız hala düşsə də, görülən tədbirlər zamanı tikilinin 150 kvadratmetri və ona yaxın mebel mağazası yanğından mühafizə olunub.

Yanğının baş vermə səbəbləri araşdırılır. ( apa )

İnterpress.az