İnterpress.az xəbər verir ki, Vaşinqtonda təşkil etdiyi mətbuat konfransında Con Kerbi, \”Türkiyənin PKK-ya qarşı təşkil etdiyi hücumların İŞİD ilə mübarizəyə mənfi təsir edib-etməyəcəyi\” sualına verdiyi cavabda ABŞ-ın uzun zamandan bəri PKK-nı terrorçu təşkilat olaraq qəbul etdiyini bildirərək \”Türkiyə PKK terror təşkilatının hücumlarına məruz qalmaqdadır\” deyib.
ABŞ məmnundur
\”Türkiyənin bu hücumlara qarşı özünümüdafiə haqqı var\” deyən Kerbi Türkiyənin İŞİD ilə mübarizədə koalisiya güclərinə verdiyi dəstəkdən ABŞ-ın məmnun olduğunu, bəzi hərbi bazalarla koalisiya birliklərinə açıq olmasına görə də minnətdar olduqlarını söyləyib.
\”PKK ilə əməkdaşlıq yoxdur\”
PKK-nın İŞİD ilə mübarizə etdiyi barədə açıqlamalara haqq verdiyini, ancaq buna baxmayaraq, yenə də bir terror təşkilatı olduğunu vurğulayan Kerbi \”Biz onları terror təşkilatı olaraq qəbul edirik. İŞİD ilə mübarizəmizə PKK ilə əməkdaşlıq, koordinasiya və ya hər hansı əlaqə yoxdur. İŞİD ilə mübarizəmiz 62 ölkə ilə birgə irəliləyir\” deyib.
İnterpress.az