AZƏRTAC-ın adı dəyişdirildibackend

AZƏRTAC-ın adı dəyişdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarını “Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC-ın) Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) adlandırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 fevral tarixli 1073 nömrəli Sərəncamına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Dövlət Teleqraf Agentliyi (AZƏRTAC) haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 iyun tarixli 516 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 414; 2002, № 12, maddə 726) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında və ikinci abzasında “Teleqraf” sözü “İnformasiya” sözü ilə əvəz edilsin;

1.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Dövlət Teleqraf Agentliyi (AZƏRTAC) haqqında Əsasnamə”nin adında, 1-ci və 14-cü bəndlərində “Teleqraf” sözü “İnformasiya” sözü ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 22 dekabr tarixli 413 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1567) 1-ci hissəsindəki cədvəlin 1.7.2.1-ci yarımbəndində “Xərclərin istiqaməti” sütununda “Teleqraf” sözü “İnformasiya” sözü ilə əvəz edilsin.

3. “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 15 noyabr tarixli 519 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 942; 2005, № 9, maddə 818; 2007, № 5, maddə 459; 2009, № 4, maddə 238, № 5, maddə 383; 2013, № 6, maddə 702; 2014, № 12, maddə 1627) “Komissiyanın üzvləri” bölməsində “Teleqraf” sözü “İnformasiya” sözü ilə əvəz edilsin.

4. “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 21 avqust tarixli 3077 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 957) 1.4-cü bəndində “Teleqraf” sözü “İnformasiya” sözü ilə əvəz edilsin\”.

İnterpress.az