Dünya Azərbaycanlıları Konqresi Cavad Heyəti andıbackend

Dünya Azərbaycanlıları Konqresi Cavad Heyəti andı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müxtəlif ictimai qurumların, güneyli-quzeyli aydınların iştirakı ilə gerçəkləşən konfrans böyük alimin, ictimai mütəffəkirin əziz xatirəsinə sayqı duruşu ilə başladı. Tədbiri giriş sözü ilə açan DAK həmsədri, millət vəkili Sabir Rüstəmxanlı doktor Cavad Heyətin keçdiyi böyük həyat yolundan, onun fəaliyətinin müxtəlif yönlərindən danışdı; “ Cavad Heyət daima Azərbaycanın müstəqilliyinin yanında idi. Tez-tez bizə gələrdi. Bir gün onunla bərabər Türk dünyasının çox böyük bir alimi ilə üzbəüz oturmuşduq. Mən gördüm ki, Cavad Heyət dühası qarşısında böyük saydığımız bu alim çox kiçik göründü. O yalnız bir həkim deyildi, o həm də böyük bir türkoloq alim idi, o böyük bir siyasətçi idi ki, təsis etdiyi “ Varlıq” dərgisi ilə həm Güney Azərbaycanda, həm də Quzey Azərbaycanda , eləcə də bütün Türk dünyasında milli oyanış və milli vəhdət, türk kimliyinin aşılanması kimi təsirli bir prosesin müəllifi kimi tariximizə şərəfli bir imza atdı”.

Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, Şərqşünaslıq institunun Güney Azərbaycan Şöbəsinin rəhbəri Səməd Bayramovun, görkəmli alim Yadigar Türkelin, güneyli fəal Pərviz Əsədbəylinin, DAKSAM başqanı Yasəmən Qaraqoyunlunun, DAK İdarə Heyəti üvü Babək Muğanlının nitqi ilə davam edən konrfrans hal – hazırda öz işinə davam edir.

Dünya Azərbaycanlıları Konqresi Cavad Heyəti andı

Dünya Azərbaycanlıları Konqresi Cavad Heyəti andı

İnterpress.az