Sərbəst güləşçilərimizdən 11 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutub. Ötən ay Bakıda keçirilən ilk Avropa Oyunlarında sərbəst güləşçilərimizin qazandığı 2 qızıl və 4 bürünc medal idmançıların reytinq siyahısındakı mövqelərinə də təsir göstərib. Belə ki, Avropa Oyunlarının qızıl medalçısı Xetaq Qazyumov uzun müddət reytinqdə 2-ci olsa da, bu qələbədən sonra 97 kq çəki dərəcəsində reytinqin 1-ci pilləsində qərarlaşıb. Avropa Oyunlarının digər qızıl medalçısı Toğrul Əsgərov 17-ci sıradan, bürünc medalçı Cəmaləddin Məhəmmədov isə 14-cü sıradan 6-cı sıraya yüksəlib. Məhəmməd Müslümov (65 kq), Ruslan Dibirhacıyev (70 kq) və Şərif Şərifov (97 kq) da ilk onluqda qərarlaşan idmançılardandır.
57 kq
12. Yaşar Əliyev – Avropa Oyunları 5-ci yer (nr)
65 kq
4. Məhəmməd Müslümov – Paris Qran Pri turniri 1-ci yer (4)
6. Toğrul Əsgərov – Avropa Oyunları 1-ci yer (17)
11. Hacı Əliyev – Avropa Oyunları 3-cü yer 61 kq-da (12)
70 kq
8. Ruslan Dibirhacıyev – Avropa Oyunları 3-cü yer (10)
74 kq
13. Cəbrayıl Həsənov – Avropa Oyunları 3-cü yer (11)
86 kq
14. Aleksandr Qostiyev – Yaşar Doğu turniri 1-ci yer (14)
15. Nurməhəmməd Hacıyev – Avropa Oyunları 5-ci yer (nr)
97 kq
1. Xetaq Qazyumov – Avropa Oyunları 1-ci yer (2)
3. Şərif Şərifov – A.Medved turniri 2-ci yer (3)
125 kq
6. Cəmaləddin Məhəmmədov – Avropa Oyunları 3-cü yer (14)
Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.
İnterpress.az