Nəqliyyat Nazirliyindən İnterpress.az-a verilən məlumata görə, yeni qərara görə, paytaxtın 14 yerində vətəndaşlar şəxsi avtomobillərilə taksi xidməti göstərə bilməyəcəklər. Onlara insanların sıx olduğu ərazilərdə dayanmaq qadağan ediləcək.
Həmin ərazilərdə ancaq \”London taksi”ləri buraxılacaq. Yeni qərara görə, əsasən \”Həzi Aslanov”, \”Əhmədli”, \”Neftçilər”, \”Xalqlar dostluğu”, \”Qara Qarayev, \”Koroğlu”, \”Gənclik”, \”28 may”, \”Xətai”, \”İçərişəhər, \”Sahil”, \”Azadlıq Prospekti”, \”20 yanvar” metrostansiyaların yaxınlığı və \”Beşmərtəbə” kimi tanıdığımız ərazidə şəxsi avtomobillə taksi xidməti göstərənlərin dayanması qadağan edilib.
Qurumdan həmçinin bildirilib ki, tədricən paytaxtda şəxsi avtomobillə taksi xidməti göstərənlər digər ərazilərdən də yığışdırılacaq. Taksi fəaliyyətilə məşğul olmaq istəyənlər yalnız qeydiyyatdan keçən şirkətlərə müraciət edə bilər.
İnterpress.az