İnterpress.az xəbər verir ki, tədbirdə insan alveri probleminin tarixi kökləri, Azərbaycanda insan alveri ilə mübarizənin hüquqi əsasları, insan alveri təhlükəsindən qorunma yolları barədə məlumat verilib.
Seminar Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində kecirilib. Tədbirdə müəllimlər, mədəniyyət işçiləri, ictimai fəal gənclər, kitabxana işçiləri iştirak edib. Seminardan sonra “Səs” qrupunun iştirakı ilə Heydər Əliyev parkında məlumatlandırma kampaniyası və konsert təşkil edilib.
Konsertdə xalq və vətənpərvərlik mahnıları ifa edilib. Tədbir Şəki şəhər İcra Hakimiyyətinin dəstəyi və təşkilatçılığı ilə baş tutub.
İnterpress.az