Qrupda yalnız tibb işçiləri, həkimlər olur və müzakirələr aparılır. Həkim Natavan Ramazanzadə qrupda yazdığı status isə sosial şəbəkədə yayımlanıb. Həkim \”xəstəxanada xəstə ölər də\” yazıb və jurnalistin ölümünü normal qarşıladığını bildirib. Bu statusa həkim Nurlan İbrahimli isə təhqiredici şərh yazıb. O jurnalistləri \”zurnalist\” adlandırıb.
Digər həkim Kamil Quluzadə isə daha da irəli gedərək jurnalistləri \”şərəfsiz\” adlandırıb.
Sayt məsələylə bağlı kiçik araşdırma aparıb və məlum olub ki, bu statusu yazan Natavan Ramazanzadə Azərbaycanda Tibb Universitetini, Türkiyədə isə Çukurova Univerisetitində təhsil alıb və hazırda baş-boyun cərrahı kimi fəaliyyət göstərir.
Jurnalisti təhqir edən Nurlan İbrahimli də Azərbaycan Tibb Universitetində təhsil alıb.
Digər həkim Kamil Quluzadə isə Quba Müalicə Diaqnostika Mərkəzində həkim – cərrah olaraq fəaliyyət göstərir.
Həkimlərin gizli qrupunda bu cür yazışmasının olması bir daha Azərbaycanda səhiyyənin durumunu və bəzi həkimlərin xəstələrə münasibətini ortaya qoyur.
Jurnalistləri təhqir edən həkim Nurlan İbrahimliyə isə xatırlatmaq istərdik ki, Prezident İlham Əliyev jurnalistin məsələsini şəxsi nəzarətinə götürüb və Rasim Əliyevin döyülməsi və fiziki xəsarət alaraq dünyasını dəyişməsi barədə məlumatdan ciddi narahat olub.
Mərhum jurnalisti təhqir edən həkimlərin yazışmasını və fotolarını təqdim edirik. ( azxəbər.com )
İnterpress.az