Bunu APA-ya Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib. Dəstə rəisi bildirib ki, sürüşmənin aktivləşməsi nəticəsində ərazidəki qəzalı olan evlər bir daha zərər görüb: “Bəzi evlərdə çatlar, genişlənmələr əmələ gəlib. Proses hazırda aktivləşib. Zığda başqa ərazilərdə olduğu kimi, vaxtaşırı monitorinq aparılır. Biz Zığda bir həftə əvvəl monitorinq aparmışdıq. Burada mayaklar var ki, sürüşmə prosesinin getdiyi açıq görünür. Evlərdə çatların yaranması da sürüşmənin getdiyini əyani şəkildə göstərir”.
R. Həsənov qeyd edib ki, Masazırda Qır gölü ətrafındakı sürüşmə sahəsində nisbi aktivləşmə müşahidə olunub: “Hazırda Abşeron yarımadası və Bakıdakı digər sürüşmə sahələrində sabitlikdir”.
İnterpress.az