Avro bahalaşmaqda davam edirbackend

Avro bahalaşmaqda davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Mərkəzi Bankının (AMB) avqustun 14-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi ötən gün olduğu kimi 1,0485 manat səviyyəsində qalıb.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0009 manat və ya 0,08% artaraq 1,1693 manat olub.

İnterpress.az