YSK: “Təkrar seçkiyə hazırıq”backend

YSK: “Təkrar seçkiyə hazırıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, qurumun başqanı Sadi Güvən \”Biz seçkiyə hazırıq. Seçkini keçirə biləcəyimiz ən qısa zamanı hesablayırıq. Qanun bizə bu imkanı verir” deyə bildirib.

AKP ilə CHP arasında dünən keçirilən müzakirə zamanı koalisiya yaradılmasında razılığın əldə edilməməsi təkrar seçki keçirilməsini gündəmə gətirib.

Təkrar seçki ehtimalını qiymətləndirən Sadi Güvən hələlik qəti qərar verilmədiyini, ancaq qurumun qərarı gözlədiyini açıqlayıb.: “İndi hazırıq, ancaq bir qədər kağıza ehtiyacımız var. Onu da istehsal etməyə başlayacağıq. Bizim tərəfimizdən heç bir problem yoxdur, ancaq seçki ilə bağlı qəti qərar hələ verilməyib. Biz qərarı gözləyirik”.

İnterpress.az