3 nəfərin öldüyü qəzanı törədən sürücü ev dustağıdırbackend

3 nəfərin öldüyü qəzanı törədən sürücü ev dustağıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, sürücü Elgün Hüseynov Cinayət Məcəlləsinin 263.1.3 maddəsi ilə təqsirli bilinir.

Məhkəmənin ilkin iclası aprelin 15-də keçirilib. Zərərçəkmiş şəxslər prosesə qatılmadığından məhkəmə təxirə salınıb. Zərərçəkən Elmir Qəmbərov bildirib ki, ona göndərilən çağırış məktubu prosesin başlandığı gün gəldiyindən məhkəməyə gedə bilməyib.

Xatırladaq ki, qəzada ölənlərdən biri tanınmış jurnalistlər Aynur Elgünəş və Ülviyyə Xuduzadənin atasıdır.

Dünyasını dəyişənlərdən biri yeni ailə qurub.

Amma 3 nəfərin ölümü, 15 nəfərin yaralanmasına səbəb olan sürücü barəsində həbs qətimkan tədbiri seçilməyib, hazırda o, ev dustaqlığındadır.

Növbəti proses sentyabrın 23-də keçiriləcək.

İnterpress.az