İnterpress.az xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov sosial şəbəkədəki səhifəsində yazıb.
Ü.Cəfərov yazır: \”Bu yaxınlarda haqqında ciddi tədbirlər görüləcəyi bəzi generallar nədənsə özlərini çox arxayın və az qala qanundan kənar hesab edirdilər. Onların əməlləri dövlət başçısının göstərişinə əsasən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən hərtərəfli yoxlandıqdan sonra onlar barəsində artıq qərar qəbul edilib\”.
Hərbi ekspert qeyd edir ki, prezident İlham Əliyevin qərarına əsasən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi general-mayor Mirzə Almasov yol verdiyi ciddi qanun pozuntularına və nöqsanlara görə tutduğu vəzifədən azad ediliib: \”Həmçinin Sİlahlı Qüvvələrin Baş Hərbi İnspeksiyasının rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Fəxrəddin Cəbrayılov da tutduğu vəzifədən kənarlaşdırılıb\”.
İnterpress.az