Şirkətin press-relizində bildirilir ki, 4 ardıcıl ildırım \”Google\”un Belçikadakı data-mərkəzini zədələyib.
Fəlakətin qurbanı \”Google\”un Compute Engine servisi olub.
Şirkətdən verilən məlumata görə, məlumatların yalnız 0.000001%-i həmişəlik silinib. Silinən məlumatların bu qədər az olması isə enerji təchizatının operativ bərpası və məlumatın daima təkrarlanması ilə bağlıdır.
Ekspertlər əmin edirlər ki, bina ildırım vurması ehtimalı nəzərə alınaraq tikilib. Lakin ardıcıl bir neçə dəfə ildırım vurmasına tab gətirə bilməyib.
“Data-mərkəzdə hər şey tellərlə bağlıdır və təəccüblü deyil ki, dördqat zərbə binanı zədələyib”,- deyə data-mərkəzdə avadanlıqların hazırlanması ilə məşğul olan Ceyms Uilman bildirib.
\”Google\” öz mərkəzlərinin ildırıma qarşı təhlükəsizliyini artıracağını vəd edib. Bununla yanaşı şirkət istifadəçilərə öz məlumatlarının lokal nüsxəsini yaratmağı tövsiyə edib.
İnterpress.az