İnterpress.az xəbər verir ki, Avstraliyanın Şimali “Queensland” bölgəsindəki “Jardine” Təbiət Parkında itən və iki gün ərzində orda qalan 63 yaşlı İngilis Geoff Keys, sahildəki quma ayağı ilə yazdığı kömək mesajının görülməsi nəticəsində xilas olunub.
Özünü \”səyyah\” adlandıran Keys, Eliot şəlaləsini tapmaq üçün düşərgə saldığı bölgədən üzərək uzaqlaşdığını və şəlaləni tapa bilmədiyi üçün, quruya çıxıb düşərgəsinin olduğu yerə \”kəsə\” geri dönməyə çalışdığını söyləyib.
\”VERTOLYOTLARI DUYDUM\”
İngilis “Independent” qəzetinə açıqlama verən Keys, \”Gecə ikiyə qədər yolumu tapmağa çalışdım ancaq sonunda gecəni keçirmək üçün özümə bir yer seçdim. Səhər havadakı vertolyotları eşidə bilirdim və məni axtarmaqda olduqlarını təxmin etdim amma əlimdən gələn bir şey yox idi \”
Sahilə yazdığı yazı sayəsində turisti görüb xilas edən vertolyotla axtarış xilasetmə qrupunun rəhbəri Brad Foat səyyahı tapdıqların zaman onun olduqca yorğun və halsız olduğunu söyləyib.
İnterpress.az