Razi Nurullayevin qurultayının tarixi bəlli oldubackend

Razi Nurullayevin qurultayının tarixi bəlli oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a AXCP EQTK mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev məlumat verib. Onun sözlərinə görə, oktyabrın ilk ongünlüyündə konfransların sayı 45-50 arasında və ya daha çox olacaq. V.Qarayev qurultayın keçirilmə tarixi haqqında da məlumat verərək bildirib ki, qonaqlar və tərəfdaşlarla birlikdə 1000-1200 nəfərin iştirakı gözlənilir: “Qurultay oktyabrın ortalarında keçiriləcək. Hazırda tarixin dəqiq müəyyən edilməsi istiqamətində iş gedir və Bakı şəhər İcra Hakimiyyətinə müraciət hazırlanır. Bu ay ərzində Bakı şəhəri İcra Hakimiyyətinə müraciət göndəriləcək və bu haqda mətbuata əlavə məlumat veriləcək”.

Vüsal Qarayev əlavə edib ki, hazırda hüquqşünaslar Ədliyyə Nazirliyinə hüquqi təmsilçiliklə bağlı müraciət də hazırlayır. Bu müraciətin biri qurultaydan öncə, ikincisi isə qurultay sənədləri ilə birlikdə Ədliyyə Nazirliyinə göndəriləcək.

İnterpress.az