Bu barədə Yenicag.az-a R.Hüseynov məlumat verib.Telejurnalist qeyd edib ki, onun seçki qərargahı tərəfindən tələb olunan imzalar bu gün DSK-ya təqdim olunub.
“Əminik ki, namizədliyimiz qeydə alınacaq və inşallah təbliğat-təşviqata start veriləndən sonra təbliğatımızı aparmağa başlayacağıq. Biz elektoral bazamızı müəyyənləşdirmək üçün təbliğat texnologiyalarımızı müəyyənləşdiririk. Əslində elektoral bazamız göz önündədir. Bu baxımdan narahatlığımız yoxdur. Həmçinin şüarlarımızı, təbliğat materiallarımızın formalarını tərtib edirik. Hesab edirəm ki, seçki qərargahı işlərini uğurla həyata keçirir. Təşviqat kampaniyasına tam hazırıq”.
İnterpress.az