Sentyabrın 21 –də Cenevrədə Millətlər Sarayında gerçəkləşən bu dinləmələrə İran ərazisində yaşayan xalqların – ərəblərin, kürdlərin, lorların, bəlucların nümayəndələri, Səudiyyə Ərəbistanından olan bir neçə televiziya kanalı da qatılıb.
Güney Azərbaycan türklərini Avropadan Güney Azərbaycan Alyansının (GAA) nümayəndəsi Aida Kərimli, Güney Azərbaycan Demokrat Partiyasının (GADP) başqanı Mahmud Bilgin təmsil ediblər. Quzey Azərbaycandan isə nümayəndə olaraq konfransa Dünya Azərbaycanlıları Konqresinin həmsədri , millət vəkili Sabir Rüstəmxanlı qatıılıb.
“Bir daha xatırlatmaq istəyirəm ki, İran deyilən ölkə qətiyyən Persiya və Farsistan deyildir. Farsistan İranın kiçik bir əyalətidir. Əslində İran anormal bir ölkədir, dövlət etnik coğrafiyada qurulmamışdır. Farsların istədiyi dövləti qurmaq üçün Azərbaycan türklərini, kürdləri, ərəbləri , bəlucları, türkmənləri param – parça etmişlər. İranın sərhədləri hər yerdə bu xalqların ürəyinin başından keçir. Bu qədər millətə bədbəxtlik gətirən bir dövlət hansı haqla ərazi bütövlüyünün qorunmasından danışa bilər?” söyləyən DAK həmsədri Azərbaycan türklərinin tarixi coğrafiyası və etnik xəritəsi əsasında həqiqətləri və mövcud durumu konfrans iştirakçılarının diqqətinə çatdıraraq Güney Azərbaycanda Ana dili problemi və İranın çağdaş durumu barədə ətraflı məruzə edib.
İnterpress.az