Dayanacaqda partlayış: 4 nəfər xəsarət ald – VİDEObackend

Dayanacaqda partlayış: 4 nəfər xəsarət ald – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvanın mərkəzində bir avtobus dayanacağında baş verən partlayışda ən azı 4 nəfərin yaralandığı bildirilib.

İnterpress.az rus mətbuatına istinadən xəbər verir ki, Moskva Prokurorluğundan \”RIA Novosti\”yə bildiriblər ki, \”İlk məlumatlara görə avtobus dayanacağında gözləyən izdihamın içinə partlayıcı atıldı. 3 nəfər yaralanıb\” deyildi.

Moskva Polis İdarəsinin Sözçüsü Andrey Qaliakberov, \”Moskva polisi, Pokrovka küçəsində yerləşən avtobus dayanacağında partlayışın səbəblərini araşdırır. Hadisə yerində istintaq qrupu işləyir\” açıqlamasını verib.
Partlayışda 2 qadın və 1 kişinin yaralandığı açıqlanıb. Yaralı qadın xəstəxanaya aparılıb, digər şəxsə hadisə yerində tibbi yardım briqadası müdaxilə edib. Sonra isə yaralı sayı 4-də yüksəlib. Əl istehsalı olduğu güman edilən partlayıcının, dayanacağın yanından keçən avtomobildən atıldığı ehtimal edilir. Partlayıcının 50 q TNT gücündə olduğu ifadə edilib.

Moskva Polis İdarəsinin Sözçüsü Qaliakberov, şübhəlilərin tutulması üçün lazım olan bütün tədbirlərin görüldüyünü deyib.

İnterpress.azhttps://youtube.com/watch?v=f_hnwS8kzbg