Dini Komitə: “Azərbaycanda Aşura mərasimləri qadağan olunmayıb”backend

Dini Komitə: “Azərbaycanda Aşura mərasimləri qadağan olunmayıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu açıqlama ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti çıxış edib.

“Təəssüflə qeyd etmək istəyirik ki, bəzi hallarda bu həqiqətdən uzaq informasiyalar dövlət məmurlarının, o cümlədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələrinin adından yayılır. Cəmiyyətdə, xüsusən dindarlar arasında bu cür şaiyələrin yayılması ölkəmizdə dövlət-din münasibətlərinə kölgə salmağa, insanlar arasında çaşqınlıq yaratmağa və dindarlarda dövlətə qarşı mənfi rəy formalaşdırmağa yönəlmiş uğursuz cəhddən başqa bir şey deyildir”,-deyə Dini Komitə bildirib.

“Bildiririk ki, son günlərdə Milli Məclisin qəbul etdiyi qanunlar, mövcud qanunvericiliyə edilən dəyişikliklər heç bir halda ölkədə dini etiqad azadlığının məhdudlaşdırılmasına yönəlməyib. Eyni zamanda, ölkəmizdə dini mərasimlərin, o cümlədən Aşura mərasimlərinin keçirilməsinin qadağan olunması barədə söylənən fikirlərin heç bir əsası yoxdur. Hər il olduğu kimi, bu il də Aşura və ərbəin mərasimləri məscidlərdə qeyd olunub və gələcəkdə də qeyd ediləcəkdir. Ölkəmizdə dini etiqad azadlığı dövlətin təminatı altındadır və dinindən asılı olmayaraq hər bir vətəndaşın hüququ qorunur”.(modern)

Interpress.az