İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Ənbar Əməliyyatlar Komandanı General-mayor İsmayıl Mehlavi, bu gün mətbuata verdiyi açıqlamada, döyüş təyyarələrinin Elbuziyab, Elbuisə və Ramadinin şimalında yerləşən İŞİD mövqelərini hədəf aldığını bildirib.
General-mayor İsmayıl Mehlavi, hava hücumlarında toplam 65 İŞİD üzvünün öldürüldüyünü deyib.
İnterpress.az