ABŞ prezidenti Obamadan İŞİD liderlərinə təhdidbackend

ABŞ prezidenti Obamadan İŞİD liderlərinə təhdid

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, ABŞ prezidenti Barak Obama, İŞİD-I daha əvvəl heç olmadığı qədər intensive bombardmana tutduqlarını söyləyib.
Obama, Noyabr ayında təşkilata qarşı ən çox hava əməliyyatını həyata keçirdiklərini ifadə etdi.
Yalnız son bir neçə həftə içərisində təşkil edilən hava əməliyyatlarında İŞİD rəhbərlərinin öldürüldüyünü və təşkilatın neft çıxarma infrastrukturuna ziyan verildiyini söyləyən Obama, İŞİD-in yaz aylarından bu yana nə Suriyada nə də İraqda uğur əldə edə bilmədiyini də vurğuladı.

\”Çətinlik müddəti\”
İŞİD-lə mübarizənin həm ABŞ həm də müttəfiqləri üçün çətin bir proses olduğunu söyləyən Obama, əməliyyatların davam edəcəyini ifadə etdi və \”Vermək istədiyimiz mesaj dəqiqdir. İŞİD-in liderləri bizdən gizlənə bilməz: Sırada siz varsınız\” dedi.

Obama Çərşənbə günü də Virginia əyalətindəki Terrorla Mübarizə Karargahını ziyarət edəcək və bir çıxış edəcək.
Bu ziyarətlərin və çıxışların səbəbi kimi ABŞ prezidentinin artan İŞİD hücumları narahatlıqlarını sakitləşdirməyə çalışdığı şərhləri də edilir.

Son həftələrdə amerikalılar arasında aparılan sorğuların nəticələrində \’terror hücumu\’ narahatlıqlarının sürətlə artdığı düşüncəsi yer alır. Bir sorğuda isə amerikalıların 70 %-inin ABŞ-da bir hücum ehtimalını \’olduqca yüksək\’ olduğu fikirləri ortaya şıxıb.

İnterpress.az