İtkin düşən neftçilərin axtarışına 3 helikopter cəlb olunubbackend

İtkin düşən neftçilərin axtarışına 3 helikopter cəlb olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Günəşli\” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində quyulara keçən yanğın yaxın günlər ərzində tamamilə lokallaşdırılacaq.

ANS PRESS-in məlumatına görə, bu haqda Dövlət Neft Şirkətinin məlumatında deyilir.

\”Yanğın bir neçə quyuya keçib. Yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi və ABŞ-ın \”Boots and Coots\” şirkətinin mütəxəssisləri birgə addımlar atır. Quyulardan birində yanğın, demək olar ki, söndürülüb. Lakin söhbət bir neçə, təxminən 5-6 quyudakı yanğının söndürülməsindən gedir. Hava şəraiti imkan verərsə, yaxın günlərdə yanğın tamamilə söndürüləcək\”, – deyə dövlət şirkətindən bildirilib.

SOCAR-ın \”Azneft\” İstehsalat Birliyindən isə bildirilib ki, \”Boots and Coots\” şirkətinin sifarişi ilə gətirilən və \”Günəşli\” yatağındakı yanğının söndürülməsində istifadə olunacaq zəruri avadanlıq bu gecə Bakıya gətirilib: \”Artıq avadanlıqlar dənizə ötürülüb. \”Boots and Coots\” şirkəti hələ ki, yanğının söndürülməsində iştirak etmir. Lakin avadanlıq şirkətin mütəxəssislərinə çatdırılan kimi onlar tərtib olunan plana uyğun şəkildə yanğının söndürülməsinə qoşulacaqlar\”.

İstehsalat Birliyinin rəsmisi əlavə edib ki, quyularda yanğının söndürülməsi ilə 6 gəmi məşğuldur.

\”Azneft\”dən o da bildirilib ki, \”Günəşli\” yatağında baş verən yanğın nəticəsində itkin düşən 23 nəfərin, o cümlədən \”Neft Daşları\”nın 3 əməkdaşının axtarışları davam etdirilir. Hazırda axtarışlar 3 helikopter vasitəsilə aparılır.

Günəşlinin 10-cu özülü

Dekabrın 4-də axşam saatlarında \”Günəşli\” yatağındakı 10-cu dərin dəniz özülündə yanğın baş verib. SOCAR-dan verilən məlumata görə, yanğına səbəb güclü tufanın saat 17:40 radələrində yataqdakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarması olub.

Rəsmi məlumata görə, hadisə zamanı platformada 63 nəfər olub. Onlardan 7-nin meyiti tapılıb, 33 nəfər təxliyyə olunub, 23 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib.

Hazırda axtarışları davam etdirilən şəxslər aşağıdakılardır:

1. Qasımov İman Şura o. 01.12.1967
2. Qasımov Mübariz Dilqəm o. 21.01.1958
3. Rzaxanov Edik Rivazin o. 15.01.1983
4. Babazadə Tural Fətəli o. 01.09.1993
5. Quliyev Əzizağa Nöhbala o. 16.09.1953
6. Rəsulov Elşad Balaoğlan o. 24.03.1971
7. Qasımov Bayram Mirzəağa o. 20.03.1978
8. Abdullayev Adil Ələkbər o. 19,02,1953
9. Əbdüləzizov Əbdüləziz İsmayıl oğlu 30.01.1954
10. Şirəliyev İzzət Qəmbər o. 10.05.1973
11. Nəcməddinov Qəmərşah Nəcməddin o. 20.09.1978
12. Niyazov Seyfəddin Abil o. 09.02.1968
13. İskəndərov İnqilab Osman o. 29.11.1957
14. Mayborda Oleq Akimoviç 21.11.1971
15. Əhmədov Canbaxış Əhməd o. 21.02.1962
16. İbrahimov Xalid Bəşir o. 12.08.1971
17. Həsənov Zaur Vahid o. 24.12.1975
18. Cəriyev Vəli Kiçikağa o. 22.04.1967
19. Hüseynov Bəhlul Sirac o. 25.11.1969
20. Səmədov Xoşbəxt Xanış o. 26.09.1981
21. Xəlilov Zaur Arif o. 15.09.1975
22. Şahmarov Sahib Güloğlan o. 02.08.1973
23. Əliyev Əyyub Xəlil o. 22.07.1973

Həmçinin dekabrın 4-də “Neft daşları” Neft-Qaz Çıxarma İdarəsinin 501 saylı özülündə baş vermiş qəza nəticəsində estakada döşəməsi üstündəki yaşayış köşklə birlikdə uçaraq dənizə düşüb.

Hadisə nəticəsində buxar aqreqatının maşinisti, 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın motorçuları – 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov itkin düşüblər. Onların axtarışları hələ heç bir nəticə verməyib.

İnterpress.az