İnterpress-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə dekabrın 14-də Sumqayıt şəhərinin Yaşma bağlar sahəsində baş verib. Xızı rayon sakini Vaqif Babayev ehtiyatsızlıqdan ov tüfəngindən açdığı atəşlə özünə qol nahiyəsindən xəsarət yetirib.
Sumqayıt ŞPİ 2-ci PB əməkdaşları tərəfindən V.Babayevdən “İJ-16” markalı ov tüfəngi götürülüb.
İnterpress