Ərdoğan ABŞ-ın bir yerini yalamaq istəyirsə -VİDEObackend

Ərdoğan ABŞ-ın bir yerini yalamaq istəyirsə -VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

O, rus təyyarəsinin vurulmasını “xaincəsinə olan hərəkət” adlandırıb.

“Bu, əgər dedikləri kimi bədbəxt hadisə olsaydı, o zaman telefonu götürüb bu barədə dərhal bizə deyə bilərdilər. Onlar isə dərhal Brüsselə qaçıb “ay haray, bizi öldürürlər”,- qışqırmağa başladılar.”

Putinin sözlərinə görə, indi məlum olub ki, bu təyyarənin vurulması heç NATO-ya da lazım deyilmiş.

“Qoy Türkiyədə eşitsinlər. Biz heç vaxt onlarla əməkdaşlıqdan imtina etməmişik. Antaliyada olarkən Türkiyə rəhbərliyi bizdən onlar üçün son dərəcə həssas olan məsələdə Rusiyanın dəstək olmasını xahiş etdilər. Bu xahiş beynəlxalq hüquqa zidd idi. Biz kömək edəcəyimizə söz verdik”.

Putin Suriya torpaqlarının türkmən hissəsinin bombalaması barədə ittihamlara aydınlıq gətirib.

“Bizə türkmənlər barədə heç vaxt heç nə deməyiblər. Bu barədə mən eşitməmişəm. Məgər bunu telefonla zəng vurub soruşmaq çətin idi? Deyə bilərdilər ki, sərhəddin bu hissəsində zərbə endirilməsin. Biz Türkiyə üçün ən həssas məsələdə əməkdaşlığa hazır idik.

Onlar elə bildilər ki, biz ordan qaçacağıq. Rusiya elə ölkə deyil. Orada indi S-400 durub. Əvvəllər Türkiyə istədiyi zaman Suriyanın sərhəddini pozurdu. İndi qoy sərhəddi keçməyə cəsarət etsinlər…”

Putin daha sonra Türkiyə hakimiyyətini təhqir etməkdən çəkinməyib.

“Əgər Türkiyə rəhbərliyi ABŞ-ın dalını yalamaq fikrinə düşübsə, qoy düşünsünlər. Bu ABŞ-a lazımdırmı?”

Putin İŞİD-in yaradılmasını subyektiv səbəblərlə əlaqələndirib.

“Fikrimcə, İŞİD ikinci dərəcəli məsələdir. Mən şəxsi müşahidəmi deyirəm: İraqa girdilər və vakum yarandı. Sonra orada neftlə bağlı \”kontrabanda\” ticarəti formalaşdı. Böyük miqyasda \”kontrabanda…\” Bu \”kontrabanda\”nı müdafiə etmək üçün hərbi qüvvə lazım idi. Bunun üçün islam faktorundan istifadə edilib.

İqtisadi maraqları qorumaq üçün İŞİD yaranıb. İndi isə neftin daşınması yolunu tapmaq lazımdır. Maşınların çoxu indi İraqa qayıdıb. Biz bir yerdə 11 min neft daşıyan maşın karvanı müəyyən etdik”.

Putin bu məsələdə Türkiyəni islam faktorundan istifadə etməkdə ittiham edib.

“Türkiyə ABŞ-a göstərmək istəyir ki, sivil islamdır. Bu, ABŞ-ın Somosaya olan münasibətinə oxşayır. “Somosa qancıq balasıdır, amma bizim qancığın balasıdır”. İndi Türkiyə də deyir ki, “biz islamçılarıq, amma sizin islamçılarıq”.

Putinin sözlərinə görə, Türkiyə rəhbərliyi ilə danışmaq, praktiki olaraq mümkün deyil:

“Onlar böyürdən və arxadan zərbə vururlar. Türkiyə hökuməti ilə əlaqələr qurulmasına ehtiyac görmürəm. Onların hərəkətlərindən Atatürk belə indi qəbirdə çevrilir”.

Daha sonra Putin Türkiyəni Şimali Qafqazdan olan terrorçuları himayə etməkdə ittiham edib:

“Türkiyədə Şimali Qafqazan olan “boyeviklər” var. Onları qoruyurlar. Onlar isə vizasız rejimdən istifadə edərək, türk pasportu ilə Rusiyaya daxil olurlar. Biz isə onları böyük şəhərlərdə axtarmalı oluruq”.

Ərdoğan ABŞ-ın bir yerini yalamaq istəyirsə -VİDEO

İnterpress.az

https://youtube.com/watch?v=brHHXtI2KlQ