İstirahət günlərində istirahət havası olacaqbackend

İstirahət günlərində istirahət havası olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, dekabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 1-4, gündüz 8-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

İnterpress.az