AXCP sədrinin müşavirinin məhkəməsi başlayıbbackend

AXCP sədrinin müşavirinin məhkəməsi başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesdə M. İbrahimin vəkili Yalçın İmanov onu vəkilinin yanında əyləşməsi, cinayət işinə xitam verilməsi, həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətlər verib. Məhkəmə M. İbrahimin vəkilin yanında əyləşməsi barədə vəsatəti təmin, digərlərini isə rədd edib.

İclasda məhkəmə prosesinin baxış iclası dekabrın 28-nə təyin edilib.

Qeyd edək ki, M. İbrahim bir müddət əvvəl AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə sentyabrın 30-da həbs olunub. O, 221.2.2-ci (xuliqanlıq) maddəsinə əsasən ittiham edilir.

İnterpress.az