“Günəşli”də yanan neft quyuları söndürüldü – VİDEObackend

“Günəşli”də yanan neft quyuları söndürüldü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə vaxtı ümumilikdə “Günəşli” yatağında 7 quyuda yanğın baş verib. Üçü neft, dördü isə qaz quyuları olub.

Aparılan tədbirlər nəticəsində yanan neft quyularının hamısını söndürmək mükün olub. Yanan üç qaz quyusunun söndürülməsi istiqamətində isə kompleks tədbirlər davam edir.

Müşahidələr və analizlər isə göstərir ki, qəza rayonunda neft dağıntısı yoxdur.

FHN-nin dövlət yanğından mühafizə xidmətinin rəis müavini Rza Xudiyevin sözlərinə görə, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə təhükə sovuşub: “Artıq alovun yanması vertikal vəziyyətdədir. Alovun yanması vertikal vəziyyətdə olanda, yanğın ətraf konstruksiyalar üçün bir o qədər də təhlükə yaratmır. Hazırda yanğının hüdürlüyü 8 metrdir. Bu isə zəif fantanlar qurupuna aiddir. Hesab edirəm ki, yaxın günlərdə yanğının tam söndürülməsi başa çatdırılacaq”. ( anspress.com )

İnterpress.az