İRNA-nın məlumatına görə, Yuri Fedotov deyib ki, İŞİD öz hökmranlığı altda olan məntəqələrdə “keptaqon” adlı psixotrop narkotik maddə istehsal etməkdədir.
O, deyib ki, bu maddələr İŞİD qüvvələrinin istehlakı və xaricə ixrac üçün istehsal edilir.
Fedotov bildirib ki, maddələrin istehsalında ən mühüm hədəf, bu terror qrupu tərəfdarları və qüvvələrini narkoman etməkdir. Bu narko maddələr terrorçuların düşmənçilik hissiyatlarını artırır, rəhm və şəfqəti onların ürəyindən çıxarır.
BMT-nin baş katib müavini vurğulayıb ki, narkotik maddələrdən əldə edilən gəliri, İŞİD, neft və qədim əşyaların qaçaqmalçılığına, eləcə də insan oğurluğuna yönəldir.
İnterpress.az
Abuzər