MTN polkovnikinin ölümü ilə bağlı cinayət işi başlanılıbbackend

MTN polkovnikinin ölümü ilə bağlı cinayət işi başlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az saytının APA-ya istinadən məlumatına görə, faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci ( özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları İ. Əliyevin saxlanıldığı Bakı İstintaq Təcridxanasında araşdırmaları davam etdirir.

İ.Əliyevin vəkili Rəşad Mirmehdizadə bildirib ki, mərhumun meyiti ailəsinə təhvil veriləcək.

R. Mirmehdizadə qeyd edib ki, İ. Əliyev dəfn olunmaq üçün sabah Göyçay rayonuna aparılacaq.

Qeyd edək ki, bu gün İ. Əliyev saxlanıldığı Bakı İstintaq Təcridxanasında (BIT) özünü asıb.

Xatırladaq ki, İ. Əliyev MTN-lə bağlı başlanmış cinayət işi ilə əlaqədar həbs olunmuşdu.

İnterpress.az