28 il sonra işğaldan azad edilən Ağdamın görüntüləri – FOTObackend

28 il sonra işğaldan azad edilən Ağdamın görüntüləri – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 20-də 28 il sonra işğaldan azad edilən Ağdam şəhərində bütün mülki obyektlər, yaşayış evləri tamamən dağıdılıb, infrastruktur sıradan çıxarılıb.

Erməni vandallığı buradan da yan keçməyib: “Şəhərdəki bütün tikililər dağıdılıb. Azərbaycan əsgərləri artıq Ağdamın mərkəzindəki məscidi təmizləyiblər”.

Qeyd edək ki, Azərbaycan Ordusu Ağdama noyabrın 20-də daxil olub və Azərbaycanın üçrəngli bayrağını sancıb. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı atəşkəs bəyanatına əsasən, Ağdam rayonu Azərbaycana təhvil verilib.

Noyabrın 25-ə kimi Kəlbəcər, dekabrın 1-nə kimi isə Laçın rayonlarının tamamilə boşaldılması nəzərdə tutulub.