Salyanda ev yanıb, ölən varbackend

Salyanda ev yanıb, ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə bu gün günorta saatlarında şəhərin H.Z.Tağıyev küçəsində yerləşən Salyan şəhər sakini Nəcəfov Rəsul Əbülfəz oğluna məxsus 3 otaqlı fərdi yaşayış evində qeydə alınıb. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Salyan Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın lokallaşdırılıb.

Yanğın zamanı tüstüdən zəhərlənən 77 yaşlı Şəfiqə Məmməd qızı Nəcəfova Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az