Ankarada böyük fəlakətin qarşısı alındıbackend

Ankarada böyük fəlakətin qarşısı alındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ankarada təhlükəsizlik orqanlarının səhər saatlarında apardığı əməliyyatda Türkiyə vətəndaşı olan iki İŞİD üzvü nəzarətə alınıb. AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, türk vətəndaşı, “İraq-Şam İslam Dövləti” (IŞİD) üzvü olan terrorçuların üzərindən partlayıcı qurğu aşkarlanıb.

İŞİD terror qruplaşmasının yeni il ərəfəsində Türkiyə və bəzi Avropa ölkələrində terrora hazırlaşdıqları və kəşfiyyat məlumatları apardıqları məlum olub. Buna görə, bəzi terrorçuların hərəkət etmək üçün Suriyadan digər ölkələrə getdiyi deyilir.

İnterpress.az