Prezident və ailəsi eko-parkda oldubackend

Prezident və ailəsi eko-parkda oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Burada müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olan “Ürək” əsərinin 3 metrlik abidəsi də ucaldılıb. On hektar ərazidə salınan eko-park xüsusi landşaft dizaynı ilə layihələndirilib. Burada geniş yaşıllaşdırma işləri görülüb, minlərlə müxtəlif növ nadir dekorativ və meyvə ağacları, bəzək kolları və güllər əkilib. Parkda müxtəlif növ attraksionlardan ibarət uşaq meydançası yaradılıb, idman trenajor qurğuları quraşdırılıb. Elektromobillər və velosipedlər üçün xüsusi yollar salınıb. Parkın özəlliyini artıran mühüm cəhətlərdən biri də burada 25 adda 150-dək ekzotik quşların saxlanmasıdır. Onların saxlanması və artırılması üçün burada quş parkı yaradılıb. Bundan əlavə, parkda kiçik süni su hövzələri – gölməçələr də var. Ərazinin suvarılması xüsusi sistemlə həyata keçirilir və avtomatik idarə olunur.

Parkda asudə vaxtın səmərəli keçirilməsi üçün istirahət zonaları da yaradılıb, köşklər qurulub. Fəvvarələr meydançası əraziyə xüsusi yaraşıq verir. Pilləli formada yaradılan meydançada rəngarəng işıqlandırma sistemi də qurulub.

Qeyd edək ki, 2005-ci ildən başlayaraq Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın başçılığı ilə bütün ölkədə olduğu kimi, Xəzər rayonunda da çoxsaylı layihələr həyata keçirilib. İndiyə qədər Zirə qəsəbəsində Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinin əbədiləşdirildiyi Xatirə bağı yenidən qurulub, müasir Müalicə-Diaqnostika Mərkəzi tikilib, qəsəbə sakinlərinin asudə vaxtının səmərəli təşkili üçün salınan parkda Mədəniyyət Evi, Zirə İdman Kompleksi, stadion və digər sosial obyektlər istifadəyə verilib, təhsil müəssisələri inşa olunub, yollar salınıb. Qəsəbə sakinlərinin məşğulluğunun təmin olunması məqsədilə mühüm tədbirlər həyata keçirilib. Təsadüfi deyil ki, Zirə Mədəniyyət Mərkəzinin və eko-parkın fəaliyyətə başlaması ilə burada 60-a yaxın yerli sakin daimi işlə təmin olunub.

Ərazi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və ailə üzvləri eko-parkda ağac əkiblər.

Qeyd edək ki, Zirə Mədəniyyət Mərkəzi xüsusi xidməti avtobuslarla təchiz olunub. Bundan əlavə, qəsəbə sakinlərinin rahatlığının təmin olunması üçün Zirə bələdiyyəsinə sərnişin avtobusları da verilib. Onu da deyək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Zirə Mədəniyyət Mərkəzinin yaxınlığında Suraxanı rayonu 2 saylı uşaq evi üçün 140 yerlik yay düşərgəsinin inşası başa çatmaq üzrədir.

İnterpress.az