500 hərbçiyə ev verildibackend

500 hərbçiyə ev verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən, hərbi xidmətdə və ehtiyatda olan hərbçi ailələri bu gün, bayramlar ərəfəsində daha bir sevincli xəbər alıb.

Müvafiq Komissiyanın qərarına və təsdiq olunan siyahılara əsasən daha 500 nəfərə yaxın hərbiçi ailəsi Gəncə şəhərində daimi mənzillə təmin olunub.

Мüdafiə nazirinin müavinlərinin, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavinin, hərbi qulluqçuların ailə üzvlərinin iştirakı ilə Bakı, Naxçıvan, Bərdə şəhərlərində keçirilən təntənəli mərasimlərdə daimi mənzillərin açarları və sənədləri sahiblərinə təqdim edilib.

İnterpress.az