Yolların qarını bir qarın çörəyə təmizləyən qarılar-VİDEObackend

Yolların qarını bir qarın çörəyə təmizləyən qarılar-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, o çıxışdan 8 il vaxt keçib və bu zaman çərçivəsində ölkə büdcəsindən Bakının abadlaşdırılması üçün milyonlar ayrılıb. Amma hər dəfə olduğu kimi, yenə də qar paytaxtımızın çatışmazlığını örtmür, əksinə açıb ağardır. Videoda gördüyünüz bu yaşlı qadın ağır texnikanın görəcəyi işləri görür, yolların qarını təmizləyir. İnterpress.az-ın verdiyi xəbərə görə, paytaxtın mərkəzi küçələrinin birində çəkilən videodakı görüntülərə şəhərin digər küçələrində də rast gəlinib. Bakının yollarından qarı, buzu bu qarılar təmizləyir.

Qeyd edək ki, mətbuatda yazılanlara görə Bakıda abadlıq işlərinin sürətləndirilməsi məqsədi ilə dövlət büdcəsindən (ancaq bir il üçün) 20 milyon manat vəsait ayrılıb.
Misal üçün paytaxtın mənzil-kommunal təsərrüfatının maddi-texniki təchizatının yaxşılaşdırılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) 2006-2007-ci illərdə 25 milyon, 2008-ci ildə isə 14 milyon manat vəsait ayrılıb.

Abuzər
İnterpress.az