Alıcılar mağazaya basqın edən şəxsi yaxaladıbackend

Alıcılar mağazaya basqın edən şəxsi yaxaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, yanvarın 2-nə keçən gecə Şirvan şəhərində şəhər sakini Teyyub Həsənovun işlədiyi mağazaya gəlmiş naməlum şəxs onu bıçaqla hədələyib pul verməsini tələb edərkən orada olan alıcılar tərəfindən tutulub ŞPŞ-yə təhvil verilib. Onun Şirvan şəhər sakini Nüsrət Mustafayev olması müəyyən edilib.
Şirvan ŞPŞ tərəfindən araşdırma aparılır.

İnterpress.az