“Gənclərin Töhfəsi” İctimai Birliyi 01 oktyabr2021-ci ildən etibarən “Qarabağ Zəfəri”ninildönümünə həsr olunmuş “Zəfərə doğru addımla” adlılayihənin icrasına başlayır. Layihənin donoruAzərbaycan Respublikasının Gənclər Fondu, tərəfdaşları ilə Azərbaycan Respublikası Diasporla İşüzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin TəbliğiFondu, Sosial Tədqiqatlar Mərkəzi, Bakı BeynəlxalqMultikulturalizm Mərkəzi, Bakı Şəhər Gənclər vəİdman Baş İdarəsi və Qardabani Gənclər Mərkəzidir.
Layihənin məqsədi 44 günlük Vətən savaşındarəşadətli, müzəffər Azərbaycan Ordusunun hərbmeydanında yazdığı qəhrəmanlıq dastanlarınıyeniyetmə və gənc nəsil arasında təbliğ etməkdənibarətdir.
Layihə çərçivəsində 16-25 yaşlarında Azərbaycan, Türkiyə və Gürcüstan gəncləri arasında rəsm və yakarikatura, videoçarx ssenarisi, fləşmob ssenarisi, essevə gənc jurnalistlər arasında yazı müsabiqələrikeçiriləcək.
Bu müsabiqələr ölkəmizin digər regionları kimiNaxçıvan Muxtar Respublikasında da təşkil olunacaq.Münsiflər heyəti tərəfindən seçilmiş müsabiqə qalibləridiplomlar və qiymətli hədiyyələrlə təltif olunacaq.
Azərbaycan üzrə Bakı və Naxçıvan şəhərlərində, Gürcüstan üzrə Tbilisi şəhərində, Türkiyə üzrə isə 6 bölgədə müsabiqə qaliblərinin əl işlərinin təqdimatıkeçiriləcək.
Müsabiqədə iştirak etmək istəyən 16-25 yaş arasıAzərbaycan, Türkiyə və Gürcüstan gəncləri müsabiqəüzrə əl işlərini şəxsiyyətini təsdiq edən sənədinsurətini və əlaqə vasitələrini müvafiq email ünvanlardan birinə göndərə bilər.
Azərbaycan –[email protected]
Gürcüstan üzrə –[email protected]
Türkiyə üzrə –[email protected]
Müsabiqənin şərtləri və qaydaları:
Müsabiqə qaliblərinin mükafatlandırılması və təqdimatı mərhələli şəkildə Azərbaycan üzrə Bakı və Naxçıvan şəhəri, Gürcüstan Respublikası üzrə Tbilisi şəhəri, Türkiyə Respublikası üzrə 6 bölgədə keçiriləcək.
Mükafatalandırma 01 noyabr – 10 noyabrtarixlərində keçiriləcək.
Müsabiqədə 16-25 yaşlarında yeniyetmə və gənclər iştirak edə bilər.
Rəsm və ya karikatura üzrə :
– İşlər ağ, qara və yaxud rəngli ola bilər.
– Rəsmlər karandaş və ya boya ilə çəkilə bilər.
Videoçarx ssenarisi üzrə :
-Videoçarxın müddəti 3-5 dəqiqədən artıq olmamalıdır;
-Müsabiqə iştirakçıları videoçarx janrını seçməkdə sərbəstdir (videoklip, reportaj, müsahibə və s.);
-Müsabiqəyə qoşulan iştirakçı yalnız bir videoçarx ssenarisi təqdim edə bilər;
Müsabiqədə iştirakçının öz duyğu və düşüncələri ilə işlənmiş, orijinal ideyası, ustalığı ilə seçilən işlərə üstünlük veriləcək.
Fləşmob ssenarisi üzrə :
– Fləşmobun əhatə müddəti 3-5 dəqiqədən artıq olmamalıdır;
– İdeya mövzunu əhatə etməlidir;
– Müsabiqəyə qoşulan iştirakçı yalnız bir fləşmob ssenarisi təqdim edə bilər;
Müsabiqədə iştirakçının duyğu və düşüncələri ilə işlənmiş, orijinal ideyası, ustalığı ilə seçilən işlərə üstünlük veriləcək.
Esse üzrə :
Esselər 2-5 səhifə həcmində olmalıdır;
Times New Roman və ya Arial şriftləri ilə, 14 ölçüdə olmalıdır;
Mətnin həcmi 700 sözdən çox olmamalıdır.
Gənc jurnalistlər arasında yazı üzrə :
Materialların ümumən mövzunu, nəzərdə tutulanistiqamətləndirici mövzuları dolğun əhatə etməsəviyyəsinə;
Analitik keyfiyyətlərə, faktların və məsələlərindüzgün təhlilinə;
Faktlardan istifadə xüsusiyyətlərinə vəaraşdırmanın keyfiyyətinə;
İfadə vasitələrinin zənginliyinə;
Oxucu üçün informasiyalılıq dərəcəsinə;
Qabaqcıl dünya təcrübəsi ilə məzmunlumüqayisənin aparılmasına.
Şərtlər:
Yazıların həcmi 1 səhifə (A3), səhifədə soldan – 25 mm, sağdan – 15 mm, yuxarı və aşağıdan – 20 mm boşsahə saxlanılmaqla tam düzləndirmə (Ctrl+J) nizamında (Times New Roman şriftində (12), 9-11 min işarə) sətirarası intervalı 1 vahid olmaqla tərtibolunmalıdır;
Yazılar çap və onlayn mediada dərc edilməli və“Qarabağ Zəfəri”nin ildönümünə həsr olunmuş “Zəfərədoğru addımla” layihəsi çərçivəsində keçirilənmüsabiqədə iştirak üçün yazıldığı qeyd olunmalıdır;
Yazılar orijinal olmalı, yəni ilk dəfə müsabiqədövründə mediada yayımlanmalıdır;
Yazılar Azərbaycan dilində yayımlanmalıdır;
Jurnalist araşdırmalarına və innovativ ideyatəkliflərinə üstünlük veriləcək.
Hər kütləvi informasiya vasitəsindən yalnız birmaterial qəbul ediləcək.
Yazı istənilən KİV-də işıqlandırıla bilər.
Müsabiqədə iştirak edən şəxslərin məqalələri çapvə ya onlayn mediada 05 oktyabr – 20 oktyabr 2021-ci il tarixlərində yayımlanmalıdır.
Əlavə məlumatlar:
Müsabiqəyə təqdim olunan məqalənin dərcolunduğu qəzetin nüsxəsinin skan versiyası, yazınınelektron variantı və yayımlandığı saytın linki mütləq e-poçt ünvanına göndərilməlidir.
Müsabiqəyə 5 istiqamətdən yalnız bir istiqamətseçilə bilər. Müstəsna hallar olarsa, bu məsələyətəşkilat komitəsi tərəfindən baxıla bilər. Müsabiqəyə daha əvvəl yayımlanmış təkrar işlər təqdim oluna bilməz.
Ölkələr üzrə müvafiq e-mail ünvanları:
Azərbaycan (Naxçıvan MR-dən də bura göndərə bilərlər) – [email protected]
Gürcüstan üzrə – [email protected]
Türkiyə üzrə – [email protected]