Amerikanın Erməni Milli Komitəsi (ANCA) Ben Afflekin Türk Hava Yolları (Turkish Airlines) şirkətinin reklam rolikinə çəkilməsinə etiraz olaraq aktyora qarşı `Twitter` şəbəkəsində xüsusi kampaniyaya başlayıb.
Komitə aviaşirkətin səhmlərinin 49%-nin Türkiyəyə məxsus olduğunu qeyd edərək, şirkətin əldə etdiyi gəlirlərin guya regionda aqresiyaya səbəb olduğunu bəyan edib.
“Türkiyənin Ərdoğan hökuməti `Turkish Airlines` şirkətin səhmlərinin 49%-nə malikdir. #FlytoGothamdan əldə olunan gəlirlər regional təcavüz və daxili hərbi əməliyyatlara xərclənir”, – deyə ANCA-nın paylaşdığı `tweet`-də bildirilir.
Bundan əlavə, ermənilər şəkildə #flyforisis (İŞİD üçün uç) həştaqından da istifadə ediblər.
Qeyd edək ki, Türk Hava Yolları şirkəti Amerika Milli Futbol Çempionatı final oyunu (Superbowl) ilə bağlı xüsusi reklam roliki hazırlayıb. Rolikdə `Turkish Airlines` dünyanın ən çox ölkəsinə uçuşlar həyata keçirən şirkət kimi təqdim olunub. Reklam rolikində `Betmen Supermenə qarşı: Ədalətin astanısında` (Batman v Superman: Dawn of Justice) filminin baş rol ifaçısı Ben Afflek hadisələrin baş verdiyi Qotham şəhərinə uçur.(azvision)
İnterpress.azhttps://youtube.com/watch?v=qpk8eSpRBnY