Yandırılan azərbaycanlı uşağa görə yeni həbslər -VİDEObackend

Yandırılan azərbaycanlı uşağa görə yeni həbslər -VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ulyanovsk şəhərində kollektor Dmitri Yermilov tərəfindən yandırılan iki yaşlı azərbaycanlı Ruslanın işinə görə yeni həbslər gözlənilir.
Kollektordan şikayətçi olan ailənin şikayətlərinə baxmayan polis əməkdaşları cəzalandırıla bilərlər.
Ruslanın ailəsi yerli polisə bir neçə dəfə müraciət edərək kollektorun onları təhdid etdiyini bildirib. Kollektordan təhlükəli təhdidlər almış ailənin bəyanatlarına reaksiya verməyən polislərin həbs olunacağı gözlənilir.
Hazırda işi aparan istintaq komitəsi bu yöndə araşdırmalar aparır. Hüquq-mühafizə orqanlarında olan mənbə yaxın günlərdə polislərin həbs ediləcəyini qeyd edib.
\”Daxili işlər orqanlarının vəzifəli şəxslərinin fəaliyyətsizliyi nəticəsində daha əvvəl təhdidlər barədə ərizə verənin və onun azyaşlı nəvəsinin həyatına qəsd edilmişdir. Onlar vaxtında bu barədə ölçü götürməli idilər”, – deyə Rusiya istintaq komitəsinin Ulyanovsk vilayə üzrə rəhbərinin baş köməkçisi Aleksandr Sorokin bildirib.
Dmitri Yermilov tərəfindən yandırılan iki yaşlı azərbaycanlı Ruslanın səhhəti hazırda yaxşılığa doğru gedir. Ruslan Hüseynov müalicəsini artıq evdə davam etdirir. Alınmış yanıqlara baxmayaraq, Ruslan artıq oynayır və yaxşı əhval-ruhiyyədədir. Uşağa yüzlərlə tanımadığı insanlar dəyməyə gəlir. Yanvarın 27-də Ulyanovsk şəhərinin Lenin rayonunda baş verən hadisə zamanı borcun qaytarılmasını tələb edən kollektorlardan biri evin pəncərəsinə \”Molotov kokteyli” atıb. \”Molotov kokteyli” ikiyaşlı uşağın yatdığı çarpayıya düşüb. anspress

Yandırılan azərbaycanlı uşağa görə yeni həbslər -VİDEO

Yandırılan azərbaycanlı uşağa görə yeni həbslər -VİDEO