NASCAR pilotu Zeyn Smit 320 km/saat sürətlə baryer boyunca hərəkət edib və möcüzəvi şəkildə xəsarətsiz qurtulub.
İnterpress.az xəbər verir ki, NASCAR pilotu Zeyn Smit inanılmaz qəza anı ilə gündəmə gəlib.
267-ci dövrədə onun avtomobili digər bir maşınla toqquşaraq trasın kənarındakı baryerlə sıxışdırılıb.
Zərbənin gücündən maşın yan üstə çevrilib və təxminən 320 km/saat sürətlə baryer boyunca hərəkət etməyə davam edib.
Hadisədən sonra avtomobil dayanıb və Smitə trası tərk etməkdə komanda mexanikləri kömək ediblər.
Pilotun vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir, ciddi xəsarət almayıb.
Sosial şəbəkələrdə və idman mediasında hadisə “həqiqi möcüzə” kimi qiymətləndirilir.
Qəza ilə bağlı NASCAR təşkilatçıları və komanda nümayəndələri hələlik rəsmi açıqlama verməyiblər.
Xuraman Etibarlı
İnterpress.az